HACI MAZANIN OĞLUNA AİD OLDUĞU İDDİA EDİLƏN RANGE ROVER QAYDA POZDU-VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 23
    Shares

Bu günlərdə Sumqayıt şəhər yol poilisi şöbəsinin rəisi vəzifəsindən azad edilən Bayram Zeynalovla bağlı olduğu iddia edilən maraqlı bir video Yenilik.az-a daxil olub. Videoda Sumqayıt şəhəri Sülh küçəsində hərəkətdə olan ağ rəngli son model Range Rover  markalı 44BZ44 dövlət nömrə nişanlı avtomobil hərəkət edir və geriyə dönmə qadağan olunan yerdən manevr edərək geriyə dönmə əməliyyatı edir və geri qayıdır. 

Qeyd edək ki, bu günlərdə həm B. Zeynalovun işdən azad edilməsilə bağlı yayılan xəbərlərdə, həm də əvvəllər yayılan məlumatlarda  444 nömrə nişanlarının onun atası, Şeyxin qohumu olan Hacı Mazanın monopoliyasında olduğu iddia olunur. Videodakı avtomobilin nömrəsini isə təxminən belə keçmiş rəisin əslən Masallı rayonundan olması (44) adının və soyadının baş hərfləri(BZ) və həmin 444 nömrəsilə izah etmək mümkündür. Qarşı tərəfin mövqeyini, açıqlamasılnı əldə edə bilməsək də, mövqe bildirərlərsə dərc etməyə hazırıq. Həmin videonu təqdim edirik:

Related Articles

+994 50 295 94 79
top