Makedoniyalı siyasətçi: ”Şəhid Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında fikirlərini bölüşüb.

Bu barədə siyasətçinin dostu, diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib. Millət vəkili açıqlamasında Mübariz İbrahimovun dinc insanları öldürmədiyini xüsusi olaraq qeyd edib.

“Şübhə yoxdur ki, Mübariz İbrahimov dinc insanları öldürməyib. Azərbaycanın ərazi bütövlüyünü pozan, bununla da iyirmi faiz torpaqlarını işğal altında saxlayan, dinc əhaliyə güllü atan erməni separatçı qüvvələrin üzərinə gedib. Bu həmin qüvvələrdir ki, Qarabağda minlərlə azərbaycanlı qardaş və bacılarımızı, uşaqlarımızı öldürüblər. Onun getdiyi yerlər beynəlxalq hüquqda da Azərbaycanın torpaqlarıdır. Bir mənalı olaraq beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Türk dünyasının böyük qəhrəman oğlu Mübariz İbrahimovun Balkan türkləri arasında xüsusi yeri var. Türk dünyasının sevimli qəhrəman övladıdır. Üzərindən yüz illər keçsə belə, Türk dünyası onun qəhrəmanlığını,igidliyini unutmayacaq. Türk gəncliyi bu cür oğullarımızla qürur duyur”,-deyə Enes İbrahim bildirib. 

Related Articles

+994 50 295 94 79
top