SAKİNLƏR BAKI-QAZAX MAGİSTRALINI KƏSDİLƏR: İCRA BAŞÇISININ GƏLMƏSİNİ TƏLƏB EDİRLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün axşam saatlarında Bakı Qazax magistralının Dəriməmmədli şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib

Orta yaşlı qadən piyadanı vuran naməlum sürücü hadisə yerindən qaçıb. Hadisə yerində olan digər sürücülər təcili tibbi yardım xidmətinə müraciət etsələr də artıq 3 saatdır ki, qəza qurbanına çevrilən qadın yol kənarında qalıb. Bundan qəzəblənən bir neçə Dəliməmmədli şəhər sakini Bakı-Qazax magistralına təkərlər düzərək yolu kəsiblər.

Hazırda həmin istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Əraziyə Dövlət Yol Patrul xidmətinin əməkdaşları sözü gedən yolda hərəkətin intensivliyini təmin etməyə çalışsalarda sakinlər yola düzdükləri təkərləri yandıracaqlarını bildiriblər.

Sakinlərin tələbi isə Goranboy rayon icra hakimiyyətinin başçısının hadisə yerinə gəlməsidir.Bizimyol.info

Related Articles

+994 50 295 94 79
top