Qənirə Paşayeva əməliyyatdan sonra ilk dəfə çıxış etdi – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Millət vəkili himnin sözlərinin Əhməd Cavada, musiqisinin isə Üzeyir bəy Hacıbəyova aid olduğunu bir daha xatırladaraq, bu kimi müzakirələri ziyanlı hesab edib

Himnin mətnindəki bəzi sözlərə toxunan deputat qeyd edib ki, “Hüququndan keçən əsgər/ hərə bir qəhrəman oldu” sözlərindən gözəl ifadə nə ola bilər ki, müzakirəyə də çıxarılır? Millət vəkili xatırladıb ki, dünyada ən böyük hüquq yaşamaq hüququdur və xalq üçün, dövlət üçün öz yaşamaq hüququndan keçib, şəhid olanların hərəsinin bir qəhrəman olduğu ifadə edilibsə, burda anlaşılmayacaq bir məsələ yoxdur.

Qeyd edək ki, himnin sözlərinin müəllifinin Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə aid olduğu barədə bir neçə il öncə bəzi alimlərin araşdırmalarını millət vəkillərindən biri Milli Məclisdə də səsləndirmiş, himnin mətnindəki bəzi sözlərin isə anlaşılmaz olduğunu qeyd etmiş, himnlə bağlı dəyişiklik təklif etmişdi.

Xatırladaq ki, bir müddət öncə qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunan və.həkimlərin məsləhəti ilə istirahətə çəkilməyə məcbur olan Qənirə xanım Paşayeva ötən gün ilk dəfə görüntülənib və onun qollarındakı sarğı diqqətdən yayınmayıb.

Related Articles