Dünya həkimlərindən xəbərdarlıq – “Metrolardan ehtiyatlı olun, yoxsa…” – TƏHLÜKƏ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Qrip xəstəliyinin ən çox yayıldığı fəslindəyik. Dünyanın bir çox ölkələrində həkim-mütəxəssislər, gigiyena ekspertləri insanları xüsusən də  metroda diqqətli olmağa səsləyirlər.Moderator.az  xarici mediaya istinadən xəbər verir ki, vərəm xəstəliyi insanı orqanizmin ən zəif, həssas  dönəmində  yaxalayır. Ən tezi 1 ay, ən geci isə  10 ildən  sonra özünü biruzə verə bilir. Bəs bu vərəm mikrobları  vücudumuza necə daxil olur?Bu mikroblar Günəş şüaları olmayan mühitdə daha sürətlə inkişaf edir. Metro, təyyarə, avtobus kimi nəqliyyat vasitələrində xəstəliyin keçməsi riski daha yüksəkdir.Mikrob sadəcə, damlacıq vasitəsilə keçir. Vərəm xəstəsi olanın istifadə etdiyi bıçaq, dəsmal və s. bu kimi əşyalardan keçmir. Xəstə olan insan danışarkən, öskürərkən yayılan damlacıqlar başqasına mikrobları keçirə bilər. Uşaqların, yaşlıların, immuniteti zəif olanların daha diqqətli olmaları lazımdır.Vərəmin əlamətləri:öskürək, bəlğəmdə qan olması, yorğunluq, halsızlıq, kilo itirmə, iştahsızlıq.Müalicəsi ən azı 6 ay çəkir.

Related Articles

+994 50 295 94 79
top