“Mənə imkan vermirlər ki, dayanım” – Yolun ortasında sərnişin düşürən avtobuslar – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Babək prospektində təmirdən sonra ictimai nəqliyyat üçün xüsusi xətt çəkilsə də avtobuslar faktiki olaraq bu yoldan heç bir halda istifadə edə bilmirlər. Çünki sürücülər bu və ya digər səbəblərdən məhz bu yolun üzərində avtomobillərini park edirlər.

ARB TV xəbər verir ki, avtobuslar üçün zolağın ayrılması ideal görünür. Görüntünü isə avtobus nişanı üzərində dayanan minik avtomobilləri və öz yerində özünə yer tapmayan avtobuslar pozur.

Avtobus sürücücü: “Bus yazılıb, mən ora ilə getməliyəm. Dayanan mənə imkan vermir axı ora ilə gedim”.

Prospekt boyu onlarla dayanma-durmanı qadağan edən, avtobus yolu olduğunu diqqət çatdıran nişanlar qurulub. Bu zolağın üzərində ard-arda düzülən avtomobil sürücülərinin də öz arqumentləri var.

Avtomobil sürücüsü: “Obyekti tikdirəndə düşünmək lazımdır ki, bura maşın girəcək. Mənim maşınım da xarabdır, qalmışam burada, harada saxlayım?”

Avtomobil sürücüsü: “Avtomobillər üçün dayanacaq olmalıdır. Arxada yerlər var”.

Avtomobil sürücüsü: “Harada parklayaq? Ora giririk obyekt sahibi deyir burada saxlama, bəs, harada dayanaq?”

Maraqlı sualdır, çünki Babək prospekti ətrafında yaşayış və ictimai iyaşə obyektlərinin çox olduğu yoldur.

Bu yolda avtomobillərin park edilməsi üçün neçə yerdə parklama yerinin olduğunu görmək üçün müşahidə apardıq. Yolboyu apardığımız müşahidələr buna əsas verir ki, bu yolda demək olar ki, bir dənə də olsun parklanma yeri yoxdur. Sürücülər ən yaxşı halda obyektlərin qarşsında olan yerlərdə avtomobillərini saxlayırlar.

Belə hallar onsuz da parklanma qaydalarını pozmağa meyilli olan sürücülərə özlərinə haqq qazandırmaq şansı verir.

Bakı Nəqliyyat Agentliyi isə bildiri ki, bu prospekt paytaxtın arterial yollarındandır. Belə yollarda dayanma-durma birmənalı olaraq qadağan edilir. Elə bu məqsədlə yaxın vaxtlarda prospektdə dayanma-durmaya nəzarət kameraları quraşdırılacaq.
 

Related Articles

+994 50 295 94 79
top