Nazir: “Universitetlərdə dövlət sifarişli yerlərin sayı artırılacaq”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Tələbələrin birinci qurultayından ötən dövr ərzində yeni strategiya və konsepsiyalar qəbul edilib. Təhsilin məzmunu, maliyyələşmə, infrastruktur beynəlxalq tələblərə uyğunlaşıb. Təhsil alanların əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasına xüsusi diqqət yetirilir”

Cahan.info xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrin II qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, universitetlərin kadr potensialı gücləndirilib, ali təhsilin əlçatanlıq imkanı genişləndirilib.

Onun sözlərinə görə, 2016-cı ildən ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüd almaq imkanının yaradılması tələbələrin stimullaşdırılması üçün əhəmiyyətli addım hesab edilə bilər.

Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb:

“Onlardan 3127 nəfəri 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb, 2090 nəfər 500-dən yüksək bal toplayaraq müəllim ixtisasını seçib. Təhsilin əlçatanlığını təmin etmək məqsədilə 2019-2020-ci tədris ilində dövlət sifarişli yerlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulub. Tələbələri sevindirəcək daha bir yenilik, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 yerlik müasir yataqxananın tikintisinin tam başa çatması xəbəridir. Bina tələbələrin ixtiyarına verilmək üçün tam hazırdı. Sumqayıt, Gəncə şəhərlərində mövcud yataqxana binaları əsaslı təmir edilir.

C.Bayramov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır: “Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacaq”

Related Articles

+994 50 295 94 79
top