“Bizim serialda öpüşmə, “pastel”, intim səhnələr…” – Könül NARAZILIQ ETDİ – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Aparıcı-aktrisa Könül Yusif qızı mentalitetimizin filmlərimizi bir çərçivədə saxlamasından gileyini bildirib.

Milli.Az xəbər verir ki, cəsarətli açıqlamaları ilə hər zaman seçilən Könül, bu “qadağalar”a görə film və seriallarımızda kasadlıq yarandığını qeyd edib.

Aktrisa açıqlamasında bəzi həmkarlarının bostanını daş-qalaq etməyi də unutmayıb:
“Bizdə filmdə, serialda aktyor olmağa nə var ki. Həyati təhlükəsi olan çətin tryukları olan səhnələr yox, dağdan-bağdan atdanma yox, at surmək yox, güllə atmaq yox, döyüşmə yox, dalaşma yox, öpüşmə, qucaqlaşma, pastel, intim səhnələr yox, oxumaq yox, oynamaq yox, mentalitet var, ayıbdır. Dağdan danışmaq olmaz, inciyərlər, küsərlər. Ta nə qaldı…?

Qalır ya gülmək, o da ürəkdən şaqqanaq çəkib gülə bilmirik ki, xalq nə deyər və qalır ağlamaq. Ağlamaq, bunu bacarırıq, çünkü yeganə ağlamağı və ağlatmağı ayıb bilmirik.

Sonra da bu rejjisorları, ssenirstləri, aktyorları qınayırsınız. Bu binəvalar neyləsin? Sizin nəbzinizi tuta bilirik ki?! Hər şeydən, hər kəsdən narazı, özündən muştəbeh camaatım mənim”.

Related Articles

+994 50 295 94 79
top