Tramp – Ərdoğan danışıqlarının təfsilatları məlum oldu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla etdiyi söhbətdə, ABŞ hökumətinin hansı məqsədlə kürd döyüşçülərə dəstək olduğunu anlaya bilmədiyini deyib.

Oxu.Az xəbər verir ki, bu haqda “The Washington Post” məlumat yayıb.

Ərdoğan qeyd edib ki, amerikalı həmkarı İŞİD qruplaşmasının məğlub edildiyini vurğulayıb. Türkiyəli dövlət başçısı eyni zamanda nə üçün iki minə yaxın amerikalı hərbçinin hələ də regionda qaldığını öyrənməyə çalışıb.

“Bilirsən nə var? Təhvil al. Mən çıxıram”, – deyə Tramp söyləyib.

Söhbətin təfsilatlarını ABŞ prezident administrasiyasının bir neçə əməkdaşı da təsdiqləyib.

Related Articles

+994 50 295 94 79
top