“Pullar həqiqidir” – 2 milyon dollardan yolka qurdular – Foto

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Neyva” bankının əməkdaşları pul dəstələrindən ibarət “yolka” qurublar. Bunun üçün 1,1 milyon avro və 1,2 milyon dollarlıq banknotlardan istifadə olunub.

Turkustan.info xəbər verir ki, bu barədə yerli “E1” nəşri məlumat yayıb. Nəşr şəhərdə ən qeyri-adi ofis “yolkası” müsabiqəsi keçirir.

Bank əməkdaşları məhz bu müsabiqədə iştirak məqsədilə sözügedən “yolka”nı hazırlayıblar.

Bankdan “E1”ə bildiriblər ki, pullar həqiqidir və bu, şübhə doğurmamalıdır.

“Yolka”nın harda yerləşməsinə gəldikdə isə bankdan onun daxili kabinetlərd

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Neyva” bankının əməkdaşları pul dəstələrindən ibarət “yolka” qurublar. Bunun üçün 1,1 milyon avro və 1,2 milyon dollarlıq banknotlardan istifadə olunub.

Turkustan.info xəbər verir ki, bu barədə yerli “E1” nəşri məlumat yayıb. Nəşr şəhərdə ən qeyri-adi ofis “yolkası” müsabiqəsi keçirir.

Bank əməkdaşları məhz bu müsabiqədə iştirak məqsədilə sözügedən “yolka”nı hazırlayıblar.

Bankdan “E1”ə bildiriblər ki, pullar həqiqidir və bu, şübhə doğurmamalıdır.

“Yolka”nın harda yerləşməsinə gəldikdə isə bankdan onun daxili kabinetlərdən birində yerləşdiyini deyiblər:

“Özünüz bunun nə qədər böyük bir məbləğ olduğunu başa düşürsünüz. Bu, bizim daxili zinətimizdir”.

Related Articles

+994 50 295 94 79
top