Şəhidin öz ailəsi varsa qardaşı şəhid ailəsi kimi hüquq tələb edir – İsmayıllıda şikaytin izi ilə

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 2
    Shares

Ismayıllı rayonundan əlil ailəsi adından şikayət daxil olub. Şikayəti,İsmayıllı rayonu, Topçu kəndində şəhid Nurlan Qalib oğlu Rəhimovun qardaşı Rəhim Rəhimov yazıb. Və şikayətin əsas məğzi odur ki, şəhid ailəsinin işığı kəsilib və onlara qaz çəkilməyib. 
Lakin İsmyıllı rayonundan aldığımız məlumatda deyilir ki, şəhid Nurlan Qalib oğlu Rəhimovun öz ailəsi İsmayıllı rayonunun özündə yaşayır. Həyat yoldaşı və uşaqları şəhid ailəsinə verilən hüquqlar çərçivəsində və hətta ondan artıq qayğı ilə əhatə olunub. Şəhid Nurlan Qalib oğlu Rəhimovun öz ailəsindən və uşaqlarından başqa yaşlı anası var. O da ayrı yaşayır.Yaşlı ana bir şəhid anası və yaşlı qadın kimi hər cür qayğı ilə əhatə olunub. 
Lakin şikayət ünvanlayan Rəhimov Rəhim şəhid qardaşıdır. Öz ailəsi var. Onuda bildirək ki, ona İsmayıllıda ev verilib və o, rayon mərkzində olan evini kirayəyə verərək özü Topçu kəndinə köçüb. Orda özünə ev tikib. Topçu kəndi 100 faiz qazlaşdırılıb və təbii olaraq Rəhim Rəhimovunda evinə qaz çəkilib .Lakin Rəhim Rəhimov evinə sənayə boruları ilə qaz çəkilməsini tələb edir.Bu da mümkün deyil.
Qaldı onun işığının kəsilməsi, bu adamın işlətdiyi elektrikə görə borcu var və inadla borcunu ödəmir.
Rayon əhalisi şəhid Nurlan Rəhimovun öz ailəsinə böyük hörmətlə yanaşır və hər bir problemində onlara yardımçı olur.
Daha sonra teref.az-a verilənb məlumatda deyilir ki, lakin qardaşı Rəhim Rəhimov sağlam iş qabiliyyətli bir adam və rayondaona məxsus olan evində kirayənişin saxlayır.Lakin işlətdiyi elektrikin pulunu ödəmirsə buna camaat nə etsin və ya idarələr nə etsinlər.
Məlumatda deyilir ki, bu gün İsmayıllıda iş və pul qazanmaq istəyən adam üçün problem yoxdur. 
Bu gün İsmayıllı rayonu dövlətin dotasiyasından imtina etmiş və özünümaliyələşdirməyə keçmiş rayonlardan biridir. Rayon hər il dövlət büdcəsinə gəlir gətirir. İsmayıllıda bu gün 18 yerdə tikinti işləri gedir. İsmayıllıda 1 xalça fabriki var və 2-ci açılmaqdadır. Yeni SES tikilir və İsmayıllı rayonu özü özünü elektriklə təchiz etmək gücünə malik olacaq.
Bizim İvanovka İstehsalat Birliyimiz ( İvanovka kəndi) dövlətəı olan borcunu qəpiyinə kimi ödəyib və artıq xeyirlə işləyir.
Bu gün İsmayıllıda işçi çatışmamazlığı hiss olunur. İşləmək istəyən üçün iş var.
Ona görədə Rəhim Rəhimovun işsizlikdən şikayət etməsi və borcalrını ödəməməsi bizə təəcüblü gəlir.
Birdə təkarar edirik şəhid Nurlan Qalib oğlu Rəhimovun öz ailəsi var, həyat yoldaşı və övladı, yaşlı anası. Rəhim Rəhimovun isə öz ailəsi və uşaqları, özüdə anasından və qardaşının ailəsindən ayrı yaşayır. Beləolan halda o necə şəhiod ailəsi statusu tələb edə bilər və şəhid ailkəsi adından danışa bilər. 
Bir qrup İsmayıllı rayon sakini.
Teref az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az

Related Articles

+994 50 295 94 79
top