MİRŞAHİN İNDİ DƏ İLHAM RƏHİMOVU HƏDƏFƏ ALDI – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanın öz İlhamı var, özgə, yad İlham kimə gərəkdir…”

Azərbaycanda daha çox Vladimir Putinin tələbə yoldaşı və dostu kimi tanınan professor İlham Rəhimovun son zamanlar mətbuatdakı silsilə çıxışları və müsahibələri hökumət cəbhəsindən etirazla qarşılanmaqdadır.

Hələ bir neçə gün öncə YAP-çı deputat Siyavuş Novruzov parlamentdəki çıxışında həm də iş adamı kimi tanınan İ.Rəhimovu sərt şəkildə tənqid etmişdi.

ilham rehimovBu dəfə isə İ.Rəhimov Mirşahin Ağayevin hədəfinə tuş gəlib.

Öz proqramında professor barədə danışan M.Ağayev onun Azərbaycanın İvanişvilisi olmaq istədiyinə eyham vurub.

Sabiq ANS-çi İ.Rəhimovla bağlı fikirlərini “Azərbaycanın öz İlhamı var, özgə, yad İlham kimə gərəkdir…” deyə bitirib. (Azpolitika.info)


Related Articles

+994 50 295 94 79
top