ABŞ-da növbəti İSTEFA ANONSU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ prezidenti Donald Tramp maliyyə naziri Stiven Mnuçini istefaya göndərməyi planlaşdırır

Cahan.info xəbər verir ki, bu haqda vəziyyətlə tanış mənbə CNN telekanalına bildirib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin başçısı əsas birja indekslərinin azalmasına görə qəzəbə düçar olub. Xüsusi halda, Milad ərəfəsində ABŞ-ın sənaye indeksi “Dow Jones Industrial Average”nin indeksi 653 bənd azalıb. Trampı sakitləşdirmək üçün nazirin köməkçiləri var gücü ilə iqtisadi məlumatları tapmağa çalışsalar da, prezident Mnuçinin izahatlarından narazı qalıb.

Xatırladaq ki, dekabrın 20-də Pentaqonun başçısı Ceyms Mettis istefa haqqında məktubu Trampa verib. Sənəddən göründüyü kimi, Mettisin qərarı prezidentlə yaranmış fikir ayrılıqları, xüsusi halda, Amerika qoşunlarının Suriyanı tərk etməsi ilə bağlıdır.

Daha sonra isə Suriya üzrə koalisiyada ABŞ-ın xüsusi nümayəndəsi Bret Makqerk Amerika qoşunlarının Suriyanı tərk etməsinə etiraz olaraq istefa qərarını qəbul edib.

Noyabrın 7-də isə ABŞ-ın baş prokuroru Ceff Seşns Tramp istefa haqqında ərizəni verib. BBC-nin məlumatına görə, Seşns prezidentin tələbinə görə vəzifəsini tərk edib

Related Articles

+994 50 295 94 79
top