BİZNESMEN KƏRİM SADIQOVUN QARDAŞI OĞLANLARINDAN AMANSIZ QİSASI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Rusiyanın Ufa şəhərində tikinti və bizneslə məşğul olan azərbaycanlı öz qardaşı oğlanlarından amansız qisas alıb. Virtualaz.org xəbər verir ki, Mehman Sadıqov adlı bu şəxs biznes və mülk üstündə qardaşı oğlanları ilə aralarında yaranmış münaqişəyə görə Lernik Marqaryan adlı erməninin qətlini onların boynuna qoyduraraq tutdurub. Sadıqov buna yerli hüquq-mühafizə orqanlarına rüşvət verməklə nail olub.

Rusiya mənbələrinin yazdığına görə əhvlat hələ 2009-cu ildə başlayıb. Ufanın Zorge küçəsindəki evlərdən birində Ermənistan sakini olan hansısa Lernik Marqaryan güllələnərək öldürülüb. Qətl ilk baxışdan məişət zəminində törədilmişdi və hüquq-mühafizə orqanları potensial şübhəliləri, o cümlədən Azərbaycan vətəndaşları Elsevər və Valeh Sadıqov qardaşlarını araşdırıb.

Qardaşlardan biri 2013-cü ilə qədər Beloretskdə yaşayıb, ikincisi (Valeh) isə əvvəldən Ufada yaşayırdı, amma Beloretskə, qardaşının yanına getmişdi: dincəlmək və müalicə almaq üçün. Qətldən bir neçə gün əvvəl Valeh Sadlqovla Lernik Marqaryan arasında mübahisə və dava olub. Ona görə də onun qətldə iştirakını araşdırıblar, bu ehtimal əsasında ki, ola bilsin Sadıqov davaya görə ermənidən qisas almaq fikrinə düşə bilərdi. Lakin yoxlamalar heç bir nəticə verməyib-qətl günü Sadıqovun Ufada olmadığına əmin olandan sonra onun barəsində unudublar.

Erməninin qətlinə görə əsas şübhəli qismində hansısa Z.Yusifov müəyyən olunub. Ancaq onu tapmayıblar və axtarışa veriblər. Tapılmadığı üçün qətl işinin istintaqını dayandırıblar. Və Marqaryanın qətli barədə 6 il ərzində-2015-ci ilə qədər istintaq getməyib.
“2015-ci ilin yazında mən tanışım Kərim Sadıqovla danışırdım. O da mənim kimi Ufada tikinti ilə məşğul olur. Sadıqov mənə dedi: 2009-cu ildə bir ermənini öldürüblər, sən gərək belə ifadə verəsən ki, mənim qohumlarımın onu öldürdüklərini görmüsən və bu işi necə təşkil elədikləri haqda yalandan uydurasan. Bunun əvəzində mənə 300 min rubl təklif etdi. Əlbətdə, mən imtina etdim, xüsusən də ona görə ki, mən onun qohumlarını tanımırdım və indi də tanımıram, öldürülən barəsində də heç bir anlayışım olmayıb”-ittihamın şahidi Elmiyar İsayev danışır.

İsayev bildirir ki, Sadıqovun bu təklifindən imtina edərək gedib. Amma bir saat sonra onun mobil telefonuna zəng gəlib. Zəng vuran onun üçün iş təklifi olduğunu deyib. Bildirib ki, Qonaq Sarayına plitə döşəmək lazımdır, yaxşı qiymətə.

“Yaxşı pul təklif etdiyi üçün razılaşdım. Görüş yerinə maşınla gedəndə bir nəfər maşına oturdu və cinayət axtarış bölməsinin əməkdaşı R.A. olduğunu dedi, vəsiqəsini göstərdi. Mənə dedi ki, Sadıqov qardaşlarının əleyhinə ifadə verməliyəm, Marqaryanı onların öldürdüyünü deməliyəm. Dedim buna edə bilmərəm, amma həmin əməkdaş dedi ki, yaxşısı budur razılaşım, yoxsa mənim üstümdən narkotik tapacaq”-İsayev nəql edir.

Bildirir ki, həmin əməkdaş onu Sovetsk küçəsindəki istintaq şöbəsinə aparıb, kabinetə salıb və qapını bağlayıb. Elmiyarın əllərini kəndirlə sarıyıblar və qarşısındakı masaya nəsə bükülü atıblar. Deyiblər ki, bu narkotik onun üstündən çıxıb.
“Mən çox qorxdum, soruşdum nə istəyirsiz məndən? Onlar qarşıma çap edilmiş mətn olan kağız qoydular, dedilər imzala. Oxumadan imzaladım. Təxmin etdim ki, həmin kağızda mənim adımdan Sadıqov qardaşları barədə yalan ifadə yazıblar. Qorxduğum üçün imzaladım, həm də fikirləşdim ki, imzalayaram, sonra çıxıb bu ifadədən imtina edərəm”-İsayev deyir.

Amma işlər belə asan olmayıb və R.A. İsayevi narkotiklə hədələməkdə davam edib, Ali məhkəmədə onu Valeh Sadıqovun və onun yeznəsi Şöhrət Şəfiyevin əleyhinə ifadə verməyə məcbur edib. Hansı ki, İsayev nə Sadıqov qardaşlarını, nə onların yeznəsini heç vaxt görməmişdi, tanımırdı.

“Həmin polis əməkdaşı R.A. dedi ki, məhkəmədə mən gizli şahid olacam, heç kim məni görməyəcək. Məhkəmədə mən ayrı otaqda oturmuşdum və monitordan sualları oxuyurdum. Cavabları isə mənə kağızda R.A. verirdi. Mən məcburən dedim ki, Marqaryan öldürüləndə evin həyətində idim və qatilləri maşında gözləyirdim. Dedim ki, nəsə güllə səsi eşitdim, sonra Sadıqov qardaşları və Şöhrət Şəfiyev binadan çölə qaçdılar, mən isə onları şəhərə apardım. R.A. mənə dedi ki, bu ifadəyə görə Kərim Sadıqovun vəd etdiyi 300 min rublu alacam. R.A. özü də mənə əlavə 200 min rubl vəd etdi. Mən isə onlardan bir qəpik də almadım”-Elmiyar İsayev bildirir.

Nəticədə məhkəmə Lernik Marqaryanın 2009-cu ildə öldürülməsinə görə Şöhrət Şəfiyevə 10 il, Valeh Sadıqova 13 il həbs cəzası verib. Sadıqov qardaşlarından qalan üçü-Elsevər, Vüsal və İlqar isə axtarışa verilib.

Müxtəlif şahidlərin, o cümlədən Kərim Sadıqovun ifadələrinə əsasən Marqaryanın qətlini Sadıqov qardaşlarının boynuna qisas üçün qoyublar.

Biznesmen Kərim Sadıqovun qardaşı oğlanlarından amansız qisası – 

“Mənim Sadıqov qardaşları ilə biznes üstündə mübahisəm vardı, ona görə də onların əleyhinə ifadə verdim”-Kərim Sadıqov bildirir.

Münaqişə isə avtoservis, biznes-mərkəz və dəmir-beton məmulatları bazası üstündə yaranıb. Həmin əmlaklar formal olaraq Sadıqov qardaşlarının yeznəsi Şöhrət Şəfiyevin adına qeydiyyatda olub. Ortaq əmlakı ələ keçirmək üçün əmi öz qardaşı oğlanlarından amansız qisas almağa, onların boynuna erməninin qətlini yükləməyə qərar verib.

İşdə Yusif Bəbirov adlı birinin də ifadəsi yer alır. O da Sadıqov qardaşları ilə münaqişədə olub, Ufa kafelərindən birində onlarla dalaşıb. Həmin Bəbirov deyir ki, cinayət axtarışın əməkdaşı R.A. onlara Sadıqov qardaşlarından qisas almağı təklif edib. Bildirib ki, kafedəki mübahisəyə görə Sadıqovları cəzalandırmaq olmaz, amma onların boynuna qətl işi qoymaq olar-3 milyon rubl rüşvət verilsə.

Bəbirov deyir ki, o təkliflə razılaşıb və məbləği 2.5 milyon rubla endirərək R.A. ilə anlaşıb. Əvvəlcədən 1 milyon rubl verib.

Məlum olub ki, Kərim Sadıqov öz oğlu Kərəm Kərimovu də bu işə qoşub, qohumlarının əleyhinə ifadə verməyə sövq edib. Sadıqov oğlunun familiyasını ona görə dəyişdirib ki, o düşmənlərinin familiyasını daşımasın.

Qətl üzrə 2009-cu ildə axtarışa verilən Z.Yusubova gəldikdə isə Kərəm Kərəmov etiraf edir ki, o həmin şəxsin adından Başqırdıstan istintaq orqanlarına qurama məktub göndərib. Orada yazıb ki, “Marqaryanın qətlini mən Sadıqov qardaşları və Şöhrət Şəfiyevlə birlikdə törətmişəm”.
Məktubdan məlum olur ki, axtarışda olan Yusubov guya Belarusda yaşayır. Amma məktubun üstündə Ufa poçtunun möhürü vurulub. Kərimovun ağlına gəlməyib ki, inandırıcı olmaq üçün məktubu heç olmasa Belarusdan yola saldırsın.

“Z.Yusubovun adından məktubu R.A. çap edib hazırlamışdı və mənə verdi. Mən onu əlyazması ilə köçürdüm. İstəmirdim o adamların əleyhinə ifadə verim. Amma R.A. mənim evimə gəlib hədələdi, qışqırdı, narkotik atıb həbs edəcəyi ilə hədələdi”-Kərim Sadıqovun oğlu deyir.

Bu yaxınlarda axtarışda olan Sadıqov qardaşlarından birini-İlqarı da tutublar və hazırda onun məhkəməsi gedir. Əgər məhkəmə əsas şahidlərin ifadələrindən imtina etdiklərini nəzərə almasa onu da erməninin qətlinə görə tutulanların yanına göndərəcəklər.
Yeri gəlmişkən, Marqaryanın qətlinə görə dayandırılmış istintaq Başqırdıstanın keçmiş prokuror müavini Oleq Qorbunovun sərəncamı ilə yenidən bərpa edilib. Həmin prokuror indi rüşvət almaqda ittiham edilir. O, Ufa merinin keçmiş müavini Aleksandr Filippovun barəsində milyard rubl həcmində fırıldağa görə cinayət işiq qaldırmamaq üçün 10 milyon rubl rüşvət alıb. Amma Moskva işə qarışandan sonra cinayət işi hər halda qaldırılıb.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top