Kənd Təsərrüfatı Nazirliyində vəzifə savaşı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Nazir İnam Kərimov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə daha saf və sanballı şəxsi gətirmək istəyir

25 sentyabr 2018-ci ildə Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin 25 müəssisəsi birləşdirilərək “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. Belə ki, ölkənin bütün damazlıq təsərrüfatları vahid mərkəzdə birləşdirildi.

Lakin ekspertlərin yüksək qiymətləndirdiyi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasından üç ay müddətinə vaxt keçsə də hələki bu quruma rəhbər təyinatı olmayıb.

AzToday.az-a daxil olan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi uğrunda ciddi nüfuz savaşı gedir. Bütün damazlıq təsərrüfatlarını özündə birləşdirən bu qurumun rəhbərliyi vəzifəsi nazirlik içində həm ciddi həm də məsuliyyətli bir vəzifədir. Bir müddət öncə ölkə mətbuatında adı çəkilən qurumun rəhbərliyinə nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılovun təyin edilməsi ilə bağlı məlumat yayıldı.

Ancaq adı müxtəlif qalmaqallarda hallanan Aydəm İsmayılovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı mətbuatda yayılan xəbərə KTN-dən hər hansı bir açıqlama verilmədi. 
AzToday.az-a daxil olan məlumatda bildirilir ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsi uğrunda gizli mübarizə gedir. Həmin mübarizədə nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Aydəm İsmayılovdan tutumuş, sabiq nazir Heydər Əsədovun komandasından qalan müavinlər daha aktiv iştirak edirlər.

Əldə etdiyimiz məlumatda vurğulanır ki, KTN naziri İnam Kərimov nazirlikdə adı çəkilən qurumun rəhbərliyi uğrunda gedən mübarizədən xəbərdardır və məhz buna görə nazir gözləmə mövqeyi seçib.

Məlumata görə, İnam Kərimov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə saf, ciddi və məsuliyyətli birini təyin etmək istəyir.

İnformasiya mənbəmiz nazirin bu fikrini nəzərə alaraq bildirir ki, adı müxtəlif qalmaqallarda hallanan və müəmallı şəkildə KTN-nin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri təyinatı alan Aydəm İsmayılovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə gətirilməsi inandırıcı görünmür.

Qeyd edək ki, adı bir çox qalmaqallarda hallanan Aydəm İsmayılovun KTN-ə necə yol tapdığı çox müəmmalıdır. AzToday.az Aydəm İsmayılovun indiki fəaliyyəti və keçmişi ilə bağlı araşdırmalara başlayıb. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Related Articles

+994 50 295 94 79
top