ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ SAKİNLƏRİN LİFTDƏN İSTİFADƏSİNƏ İCAZƏ VERİLMİR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 4
    Shares

Aşağıdakı fotolar “Hürriyyət”in redaksiyasına oxucularımız tərəfindən Şəkidən göndərilib. Oxucumuz bildirir ki, bu fotolar Şəki Şəhər İcra Hakimiyyəti binasının içərisində çəkilib.

Məlumata görə, 6 mərtəbəli bina icra başçısı Elxan Usubovun kabineti yerləşən ikinci mərtəbəyədək təmirli olsa da, yuxarı mərtəbələr bərbad haldadır.

Bildirilir ki, İcra Hakimiyyətinin işçiləri bir neçə dəfə yuxarı mərtəbələrin yüngülvari təmir olunması üçün başçıya müraciət etsələr də, onların fikirlərinə əhəmiyyət verilməyib. Xüsusən də soyuq aylarda istilik sistemi normal fəaliyyət göstərmədiyi üçün binada inəmişlik olur ki, bu zaman da orada alışmaq mümkün olmur. Bununla belə, kimsə öz işini itirməmək üçün başçıya təkrar müraciət etməyə və yaxud ondan şikayət etməyə cəsarət etmir.

Mənbə onu da bildirir ki, binanın lifti olsa da, ondan sakinlərin istifadə etməsinə icazə verilmir. Bu səbəbdən, hansısa məsələ ilə bağlı İcra Hakimiyyətinə müraciət edən yaşlı insanlar yuxarı mərtəbələrə, bir növ, sürünərək çıxmağa məcbur edilir.

Bundan əlavə, İcra Hakimiyyəti birinci mərtəbəsində binanı mühafizə edən polis tərəfindən şikayətə gələn vətəndaşlara kobud rəftar edildiyi də vurğulanır.

Xatırladaq ki, Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Hurriyyet.org

Related Articles

+994 50 295 94 79
top