Əliqismət Lalayev Milli Mükafata layiq görüldü

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“E-Media Group”u təsis etdiyi “Şəms” Milli Mükafatlarını 2018-ci ildə çalışdıqları sahələrdə uğur qazanan tanınmış ictimai-siyasi xadimlərə, sənət adamlarına və media nümayəndələrinə təqdim edib. 

Mükafat alanlar arasında rejissor-pedaqoq, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də var.

Mukafatlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Cümhuriyyətimizin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli mərasimdə nominantlara təqdim edilib. 

“Çox sevincliyəm, mükafatın böyüyü-kiçiyi olmur, əsas odur ki, insanlar sənin əməyinə, yaradıcılığına dəyər verirlər. Bu mükafat mənim üçün ona görə qiymətlidir ki, təsisçiləri də, təqdim edənləri də tamaşaçılardır. Onların bu diqqəti isə bizə ikiqat sevinc gətirir. Hesab edirəm ki, bu təkcə mənim yox, bütün kollektivimizin əməyinə verilən qiymətdir”- deyə Ə.Lalayev bu barədə media nümayəndələrinə bildirib.

Related Articles

+994 50 295 94 79
top