2019 hansı bürc üçün uğurlu olacaq? – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 21
    Shares

“Xalqımız üçün 2019 çox maraqlı il olacaq. Belə deyək, hər kəs öz bacarığını nə dərəcədə sərf etsə, o dərəcədə qiymətlənəcək”. 

Bu sözləri astroloq Firudin Qurbansoy “Qafqazinfo”ya qarşıdan gələn qaban ilini bürclər üzərindən şərh edən zaman deyib. Astroloq qeyd edib ki, hər ilin rahat və çətin günləri var:

“Bəzi insanlar əllərini qoltuğuna vurub gözləyir ki, bu il onun üçün yaxşı şeylər olacaq. Su və torpaq ünsürlü bürclər üçün bu il problemlər daha yüngül keçəcək. Qismən problemlərlə üzləşəcək bürclər isə hava və od ünsürlülərdir. 

Şir və dolça bürcünün problemləri digərlərinə nisbətən az olacaq. 

Su ünsürlü əqrəb, balıqlar və xərçəng bürcləri, torpaq ünsürlü oğlaq, buğa və qız bürclərinin işləri xeyli rahat gedəcək. 

Ancaq bütün bu sadaladıqlarımız yanvarın 1-dən yox, Novruz bayramından başlayaraq reallaşacaq. Hazırda sadəcə təqvim dəyişir”.

Related Articles

+994 50 295 94 79
top