Daha bir süpürgəçini maşın vurdu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com


Gəncədə Təmizlik İdarəsinin işçisini avtomobil vurub. Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Şəhər sakini, Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Şərifova Gülçöhrə yolu süpürən zaman avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top