Ranar Musayev “Maşın şou”nun qalibini ifşa etdi (VİDEO)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, “Maşın şou”nun dünənki qalibi Xəyalə Quliyeva olub.
Yenilik.az publika.az-a istinadən xəbər verir ki, verilişin finalçıları aparıcı Ranar Musayev və aktrisa Xəyalə Quliyeva sosial şəbəkədə təəssüratlarını paylaşıb. X.Quliyeva maşını gərgin mübarizə nəticəsində qazandığını etiraf edib:
“Bu da son! Uzun və gərgin mübarizədən sonra maşını qazandım. Təbii ki, dəstəyiniz və dualarınız sayəsində! Haqqınızı halal edin! Artıq mənim də maşınım var…”
Ranar Musayev isə onu heç kim yola salmadığı üçün təəssüfləndiyini qeyd edib:
“Hər gün kimisə yola salırdıq, məni isə yola salan olmadı. Çünki hamının torbası tikilmişdi, hoteldə adam qalmayıb, axırıncı gedən mənəm”.
Evə yollanarkən video çəkən aparıcı Xəyalə Quliyevanı ifşa edib. O, həyat yoldaşının avtomobilinə minən Xəyaləni göstərərək onun maşını olduğunu bildirib:
“Kimisi evə maşın aparır, kimisi də foto. Maşınım yoxdur deyirdi, bu da gül kimi maşını… Zarafat edirəm, halal xoşu olsun”.
Xəyalənin qalib olduğu anlar.


Related Articles

+994 50 295 94 79
top