Tramp SSRİ-nin çöküşünün SƏBƏBİNİ AÇIQLADI: “General olsaydım…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən kabinet toplantısında ona ünvanlanan sualları cavablandırıb

CAHAN.İNFO xəbər verir ki, Əfqanıstanla bağlı verilən suallardan birinə “generallarımıza istədikləri pulu verdim, amma Əfqanıstanda yaxşı iş görmədilər. Orada 19 il savaşdılar” cavabını səsləndirib.

“Ceyms Mettisi qovdum”

Prezident keçmiş müdafiə naziri Ceyms Mettisin 700 milyard dollarlıq müdafiə büdcəsinə görə ona təşəkkür etdiyini xatırladıb: “Ancaq o, mənim üçün nə etdi? Əfqanıstanda nə etdi? Çox yaxşı deyildi. Əfqanıstanda etdiklərindən məmnun deyiləm, olmamalıyam. Mettis daha əvvəl Barak Obama tərəfindən də vəzifəsindən kənarlaşdırılmışdı. Əslində mən də o cür etdim. Çünki nəticə istəyirəm”.

“SSRİ-ni Əfqanıstan çökdürdü”

Əfqanıstanla bağlı yeni planlar quran Donald Tramp bunları deyib: “Doğru olan şeyləri edəcəyik. Talibanla, başqa şəxslərlə danışıqlar aparırıq. Hindistanı dediniz. Hindistan orada, Rusiya orada. Rusiya Əfqanıstana girəndə SSRİ idi. Əfqanıstan onları Rusiya etdi. Çünki orada mübarizə apararkən iflas etdilər”.

“ABŞ Talibanla İŞİD-in arasına girir”

Tramp Taliban terror təşkilatının İŞİD ilə müharibəsində onların arasına ABŞ-ın girdiyini açıqlayıb: “Taliban da, İŞİD də bizim düşmənimizdir. Orada bir-birilərilə müharibə aparırlar. Generallara “niyə bir-birilərilə savaşmlarına icazə vermirsiniz?” dedim. “Biz niyə aralarına giririk, onlar bizim düşmənlərimizdir, qoyun savaşsınlar” dedim. Bu, gördüyüm ən çılğınca şeydir. Kim bilir, general olsaydım, çox yaxşı bir general olardım”.

Donald Tramp həmçinin, adını açıqlamadığı bir dünya liderinin Əfqanıstanda ABŞ-a yardım edəcəyini deyib

Related Articles

+994 50 295 94 79
top