Minaya BÖYÜK ZƏRBƏ -“O səs Türkiyə”dən QOVULDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Mina Hüseyn “O səs Türkiyə” mahnı müsabiqəsindən uzaqlaşdırılıb

Yenilik.az musavat.com-a istinadən xəbər verir ki, birinci turu adlayan və Seda Sayanın komandasında yarışacaq olan ifaçı “Maşın şou”ya görə müsabiqədən kənarlaşdırılıb.

“O səs Türkiyə”nin ikinci turunda çıxış etmək hüququnu itirən ifaçının geri qayıtma cəhdləri də uğursuz olub.

Mövzu ilə bağlı ifaçı ilə əlaqə saxlanılıb. O, məlumatı təkzib etməyib: “Mən heç kimə belə məlumat verməmişəm. Hazırda klip üzərində çalışıram”.

Qeyd edək ki, Mina müsabiqədə “Nayino” mahnısını ifa etmişdi. O, Seda Sayan, Murat Boz və Beyazı özünə tərəf döndərərək, ifası ilə onları heyran qoymuşdu. Sonda Seda Sayanın komandasında yarışmaq istədiyini bildirmişdi

Related Articles

+994 50 295 94 79
top