Qardaşı oğlu icra başçısını hansı videoçəkilişlərlə şantaj edir? – GÖYÇAYDAN YAZIRLAR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

  Göyçay şəhəri Səməd Vurğun küçəsi, ev 24 ünvanında yaşyan Əliyev Vaqif Rafiq oğlu tərəfindən Savash.org-un redaksiyasına şikayət məktubu daxil olub.

Şikayət məktubunda Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirovun özbaşınalıqlardan söhbət açılır. İddia edilir ki, Famil Bəkirova məxsus “Famil A” MMC 500 dən çox vətəndaşın maaş kartına sahib olub:

“İşsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC qalibi olub. 

Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kmi işlədilməsi adı ilə 500 çox vətəndaşa maaşlar yazılaraq başçı tərəfindən mənimsənilmişdir.Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil, Famil Bəkirovun cibindədir.Talan edilən pulun 90 % Mehdi Səlimzadəyə çatır. Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır anacaq nə iş var, nədə ki adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri…” 

Qardaşı oğlu icra başçısını hansı videoçəkilişlərlə şantaj edir? – GÖYÇAYDAN YAZIRLARŞikayətçi yazır ki, Famil Bəkirov Göyçayın icra başçısı Mehdi Səlimzadənin qardaşı Surxay Cəbrayılovun qızı Telli müəllimin həyat yoldaşıdır: “Həmin Telli müəllim ki, hazırda işlədiyi Göyçay şəhər 5 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmaq üçün hazırkı direktor Solmaz Kazımovanı şantaj etdirmək üçün pullar xərcləyir. Hətta icra başçısının qardaşı qızı Telli Bəkirovanın ali təhsil alması barədə diplomu saxtadır. Göyçay şəhər 5 nömrəli tam orta məktəbə ocaqçı (kaçaqar) vəzifəsinə təyin olunmuş Telli Bəkirova əmisnin icra başçısı vəzifəsinə təyinatından dərhal sonra birdən-birə məktəbdə təşkilatçı vəzifəsinə gətirilib. Telli Bəkirovanın anası Solmaz Tağıyeva isə Potu kənd tam orta məktəbə direktor vəzifəsinə təyin olunub. Ana Solmaz müəllimə Potu kənd orta məktəbdə, qızı Telli Bəkirova isə 5 nömrəli tam orta məktəbdə “reketçiliklə” məşğul olurlar”. 

Müəllif Göyçay sakinlərinin artıq Mehdi Səlimzadənin və qohumlarının hoqqabazlıqlarından cana yığılıdıqlarını iddia edir: “İcra başçısı olan əmiyə 2 milyon manat pul atdığı üçün qardaşoğlu Səməd Cəbrayılov arzuolunmaz şəxs elan edilib.Səməd Cəbrayılov qəssablıqla məşğul olurdu ki, əmi icra başçsı olduqdan sonra tez saxta diplom əldə edərək, əvvəlcə Göyçay Gənclər Mərkəzinə müdir, az sonra isə İcra Hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib. Bundan sonra Səməd əmisinin kassiri rolunu oynamağa başlayıb. Əmiyə 2 milyon manat pul atdığı məlum olduqdan sonra isə Səməd Cəbrayılov işdən azad edilir. İndi Səməd əmisinin və Göyçay rayonunda vəzifədə olan məmurların ifşaedici video çəklişlərini ictimailəşdirəcəyi ilə onlara hədə-qorxu gəlməklə məşğuldur. İdarə və müəssisə müdirləri başçıya verdikləri haqqı Səməd Cəbrayılov yığırdı deyə həmin vaxt o bütün prosesləri gizli videolentə alımışdı. İndi həmin video çəklişlərin ictimailəşdirilməsi hədəsi ilə əmini və vəzifəli şəxsləri şantaj edən Səməd Cəbrayılov bu yolla əvvəlki vəzifəsinə qayıtmaq istəyir”.

İfşa olunanlardan birinin Göyçay rayon Maliyyə İdarəsinin müdiri Firdovsi Rəhimov olduğunu iddia edən şikayıtçi onun başçıya çatacaq pulu Səmədə verməsini əks etdirən səs yazısının sosial şəbəkədə yayıldığını bildirir: “Göyçay rayon sakinləri səbirsizliklə gözləyirlər ki, prezident İlham Əliyev bu özbaşınalıqlara reaksiya verib korrupsiyaya qurşanmış Mehdi Səlimzadəni və onun harınlamış qohumlarını cəzalandıracaq”.
Savash.org bildirir ki, yazıda adı keçən şəxslərin cavab haqqını tanıyır və qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Related Articles

+994 50 295 94 79
top