Avrasiya Universitetində “soyuq qış imtahan sessiyası” – İDDİA

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın ən qalmaqallı ali təhsil müəssisələrindən hesab olunan Bakı Avrasiya Universiteti çox zaman burada baş verən neqativ hallarla medyanın gündəminə gəlir. 1992-ci ildən fəaliyyət göstərən universitetdə imtahan sesiyalarında rüşvətin az qala ayaq açıb yeridiyi barədə dəfələrlə məlumatlar yayılıb.

Rubrika.az saytına verilən məlumatlara görə növbəti qış sesiyası öncəsi tələbələrin ürəyindən yenə də qara qanlar axır. Çünki, BAU-da onların biliyindən çox ciblərinə baxıb qiymət yazırlar. Həmçinin tələbələrin bildirdiyinə görə universitet rəhbərliyi hər zaman manatın məzənnəsinə hörmət göstərir. Belə ki, azacıq devolivasiya belə imtahan qiymətlərindən yan keçmir.

Düzdür qəbul imtahanları zamanı BAU tələbələrə xüsusi güzəştlər, təhsil haqqlarında endirimlər elan etsə də burada təhsil alanların bildirdiyinə görə sonradan bu “endirimlər”i onların gözündən elə gətirirlər ki, heç ruhun da incimir.

İmtahan sesiyası başlar-başlamaz universitetdə açıq bazarlıq başlanır. Çox cüzi sayda tələbəyə güzəştlər edilsə də tələbələrin mütləq əksəriyyəti “demokl qılıncının” altından keçməlidirlər. Qiymətlər isə 200-300 manat arasında dəyişilir. Hətta universitetdə “nisyə dəftərinin” olması barəsində də məlumatlar verilir. Belə ki, ödəməni bir dəfəyə edə bilməyən tələbələr “faizsiz, zaminsiz kredit” şərtlərindən də yararlana bilirlər.

Bakı Averasiya Universitetinin rektoru Nazim Hüseynli barəsində də mətbuatda kifayət qədər tənqidi fikirlərə rast gəlmək mümkündür. Bildirilir ki, məhz onun yarıtmaz rəhbərliyi universitetdə təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Yaxın adamlarını, ailə üzvlərini ətrafına toplayan rektorun idarəetməsinin nəticəsi olaraq universitetdə çalışan tanınmış alimlər ard-arda təhsil müəssisəsini ya tərk edir, ya da buna məcbur edilirlər.

Verilən məlumatlar bu qış sesiyasının da Avrasiyada “soyuq” keçəcəyini göstərir. Tələbələri “üşüdəcək” bu soyuğa əlaqədar təşkilatlar biganə qalmamalıdır. Yoxsa Avrasiyadan əsən soyuq küləklər Azərbaycan təhsilini hələ çox üşüdəcək.

Related Articles

+994 50 295 94 79
top