DİN Lənkəranda inəyin vəhşicəsinə öldürülməsinə münasibət bildirdi- Yenilənib (VİDEO)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Daxili İşlər Nazirliyindən (DİN) Lənkəranda inəyin vəhşicəsinə öldürülməsi hadisəsi münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev musavat.com-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

M.Rzayev qeyd edilib ki, yaxın zamanda məsələyə hüquqi qiymət veriləcək.

“Sözügedən hadisə ilə bağlı heyvanın sahibi Elvin Əzimov 03.01.2109-cu il tarixində Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib. Həmin mütaciət əsasında Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”- deyə açıqlamada qeyd edilir.

****

Lənkəran rayonunda tükürpədici hadisə baş verib. Kənd sakini həmkəndlisinin inəyini amansızlıqla öldürüb.

Musavat.com xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.

Kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini öldürüb. Buna səbəb inəyini ona məxsus əraziyə daxil olması olub.

İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur. Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər.

Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.

Əldə etdiyimiz görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Və bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.

Həmin görüntüləri təqdim edirik.

Related Articles

+994 50 295 94 79
top