“Narkotiki eşəndə polislər tutdu” – narkotacir “Baba”nın müştərilərinin ilginc etirafları…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Narkotik vasitələrim onlayn satışı ilə məşğul olan dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Əlizadə Məhəmməd, Tural Əlizadə, Rafiq Yusifzadə və Samir Zeynalov cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Hər biri deyib ki, narkotik maddələrin istifadəçisi olsalar da satışla məşğul olmayıblar.

Məhkəmədə təqsirləndirilən Tural Əlizadə sərbəst ifadə verib. O, təqsirləndirilən Məhəmməd Əlizadə və Rafiq Yusifzadə ilə uşaqlıqdan dost olduqlarını deyib.

Narkotik istifadəçisi olduğynu deyən Tural Əlizadə satışla məşğul olmadığını söyləyib: “Hər hansı şəbəkə ilə də əlaqəm olmayıb. “Avrora” şirkətində mal paylayan işləmişəm. Məhəmmədlə dost olduğumdan onunla tez-tez görüşmüşəm. Birlikdə də narkotik qəbul etmişik. Hadisə günü işdən çıxanda Rafiqlə görüşdüm. Məhəmməd zəng elədi ki, Rafiqlə görüşün, yanıma gəlin. Bizdə elə elədik. Məhəmməd Masazırda narkotik maddə götürəcəkdi. Ordan da mənə payımı verəcəkdi. Getdik, Məhəmməd götürdü, amma qayıtmadı. Bu zaman polislər məni tutdu”.

Narkotiki “Baba” adlı şəxsdən aldıqlarını deyən Tural onun məşhur şəxs olduğunu, çox adamın tanıdığını deyib: “Əvvəlcə deyim ki, istintaqda təzyiqlə üzləşmişəm. İfadəni təsdiqləmirəm. “Baba”nı şəhərdə hamı tanıyır. Türkiyədə olur. Biz onunla danışıb, mal istəyirdik. Dediyi hesaba pulu köçürdük. Sonra bizə yer deyirdi və gedib narkotiki götürürdük”.

Suallara cavab verən Tural Əlizadə kokain və ekstazi görmədiyini, marixuana istifadəçisi olduğunu deyib. Amma kokain və ekstazi istifadə etməməsini də təəssüflə qeyd edib: “Hələ ki, qismət olmayıb”.

Rafiq Yusifzadə də eyni məzmunlu ifadə verib. O, narkotik satışı ilə məşğul olmadığını qeyd edib. Əlavə edib ki, istintaqa məlum olmayan “Baba” adlı şəxslə eyni məktəbdə oxuyublar: “Münasibətimiz olub. Narkotik satışı ilə məşğul olurdu. Mən də çəkəniyəm deyə, onunla tez-tez danışırdım. Özüm taksi sürücüsüyəm. Hadisə günü də “Baba”ilə danışıb narkotik istəmişəm. Nərimanovda “Nənəmin təndiri” yanında “million”la pulu dediyi hesaba ödədim. Mənə narkotikin olduğu ünvanı verdi. Gedib orada binanın blokundakı qaz sayğacının içindən götürdüm. Maşında oturub narkotiki eşən yerdə polislər məni tutdu”.

Təqsirləndirilən Samir Zeynalov da eyni üsulla “Baba”dan 2-3 ildir ki, narkotik aldığını deyib. Samir Zeynalov “Baba” ilə Türkiyədə görüşdüyünü də deyib. Bildirib ki, “Baba”nın istəyi ilə ona maşın aparıb.

Növbəti məhkəmə iclası yanvarın 11-nə təyin edilib.

İttihama görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masazır qəsəbəsində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 mq-lik güclü təsiredici “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.

M.Əlizadəyə qeyd edilən narkotik vasitə, psixotrop və güclü təsiredici maddələri gətirən Bakı şəhər sakinləri – Samir Zeynalov, Sərxan Məmmədov da saxlanılıb. Baxış zamanım S.Zeynalovdan 1 ədəd “Lyrica” kapsulası, 1 büküm “Spays” və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edilən narkotik vasitələrin satışı hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti istintaqa məlum olan, dəstə üzvlərinin “Baba” kimi tanıdığı şəxs tərəfindən təşkil edilib. Həmin şəxs narkotik maddələri satmaq üçün qeyd edilən şəxslərdən ibarət şəbəkə yaradıb. O, müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib. Araşdırma zamanı məlum olub ki, “Baba” adlı şəxs sifarişi qəbul edəndən sonra narkotik vasitələrin pulu ona “paypoint” vasitəsilə ödənilib. Pul hesaba köçürüləndən sonra əməliyyat zamanı saxlanılan şəxslər narkotik maddələri, eləcə də psixotrop dərmanları əvvəlcədən razılaşdırılan yerlərdə müştərilərə təhvil veriblər.

Musavat.com

Related Articles

+994 50 295 94 79
top