Taksi sürücüsü: “Cəriməni yox, siqaretin qiymətini qaldırmaq lazımdır”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Paytaxt ərazisində fəaliyyət göstərən taksi və avtobus sürücülərinin sükan arxasında siqaret çəkməsi, bu nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərin haqlı etirazına səbəb olurdu.

Əksər hallarda sürücülər sərnişinə əhəmiyyət verməyərək həm özünü, həm də yanındakı müştərini siqaret tüstüsüylə zəhərləyirdi. Lakin bu yöndə millət vəkilərinin çoxsaylı çıxışları öz nəticəsini verdi. Belə ki, ötən ilin oktyabr ayında Milli Məclisdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və səs çoxluğu ilə qəbul edildi. Artıq avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Əgər sürücü sükan arxasında siqarət çəkərsə, 40 və ya 50 manat məbləğində cərimə ödəməli olacaq.

Musavat.com-un reportyor qrupu olaraq, taksi sürücülərindən və bu xidmətlərdən istifadə edən şəxslərin yeni qanunla bağlı münasibətini öyrəndik.

Videsorğunu sizə təqdim edirik:

Musavat.com

Related Articles

+994 50 295 94 79
top