“Lotu Qulu” Skype-da iki azərbaycanlıya “vor” adı verdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Əmirovun əli qanlı olmasından bütün Azərbaycan kriminal avtoritetləri xəbərdardır. Bu günlərdə Türkiyədə iri oğru yığıncağı olub, burada iki azərbaycanlı “qanuni oğru” adını alıb

CAHAN.İNFO Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Praym Kraym” nəşri bildirib. Nəşrin məlumatına görə “ad vermə” mərasimi azərbaycanlı “qanuni oğru” “Lotu Qulu” kimi tanınan Nadir Səlifovun ad günündə baş tutub. Ad günü şərəfinə qonaqları onun kiçik qardaşı Namiq Səlifov yığıb. Səbəbkar isə təbrikləri 1996-cı ildən sakini olduğu 8 nömrəli Bakı koloniyasında, skype vasitəsilə qəbul edib.

Səbəbkarının təklifinə görə onun iki yaxını: Rafet Əlibayramlı və Ceyhun Gəncəli titul alıblar.

Qeyd etmək lazımdır ki, yeni “qanuni oğru” Rafet Əlibayramlının bu günə qədər KİV səhifələrində adı çəkilməyib. Amma Vesti.Az söhbətin kimdən getdiyini və hansı qabiliyyətinə görə “qanuni oğru” adını almağa layiq görüldüyünü öyrənməyə müvəffəq olub. 

Vesti.Az-a verilən məlumata görə Şirvan rayon polis idarəsində 1979-cu il təvəllüdlü Əmirov Rafet Əlirza oğlu Hacıqabul rayon sakini olan digər kriminal ünsür Babayev Əli Mirzəağa oğlunun qətlinə görə 2010-cu ildən federal axtarışdadır. Rafet Əlibayramlı onu tapançadan atəş açaraq qətlə yetirib.

Bundan başqa polis idarəsində bildiriblər ki, əgər Əmirovun ad alması məlumatı həqətdirsə, o Türkiyəyə saxta sənədlərlə gedib. 4 ildir ki, onu Rusiya hüquq-mühafizə orqanları axtarır. Əmirovun əli qanlı olmasından bütün azərbaycan kriminal avtoritetləri xəbərdardır. Yeri gəlmişkən bu avtoritetlərin çoxu Lotu Qulunun göstərişinə baxmayaraq onu qanuni oğru hesab etmək istəmirlər.

Ceyhun Gəncəliyə gəldikdə isə onun barəsində bu ilin iyul ayında Edirnə şəhərində polisin qətlində əli olmasına dair məlumatdan başqa heç bir məlumat yoxdur.

Related Articles

+994 50 295 94 79
top