
“Prezident seçilməsəydim, Asiyada Şimali Koreyi ilə böyük bir müharibə yaşamalı olacaqdınız”.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin Amerika-Şimali Koreya danışıqlarında böhran yaranması barədə sualı cavablandırarkən deyib.
O, danışıqların çox yaxşı getdiyini söyləyib: “Baxın, raket sınaqları keçirilmir, heç bir narahatlıq yoxdur. Çox yaxşı gedirik…”
Bununla belə, Tramp Şimali Koreyaya tətbiq olunan sanksiyaların davam edəcəyini vurğulayıb.
O, Şimali Koreya lideri Kim Yonq Un-la ikinci görüş üçün yer müəyyənləşdirildiyini də bildirib.