Şok: Kərə yağı paltaryuyan maşınlarda hazırlanır – Video

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Uzun illərdir insanların hazırladıqları nehrə yağı unudula bilər.

Xəzər Xəbər-in məlumatına görə, nehrədə hazırlanan yağın dadı həm də keyfiyyətinə görə digər yağlardan fərqlənir. Saxsı, taxta və bu kimi qablarda hazırlanan yağ ekoloji cəhətdən təmiz olmasilə yanaşı, yeməklərə də xüsusi dad verir. Bu yağda bişən şirniyyatlar da öz tamına görə seçilir. Tərkibi vitaminlərlə zəngin olan bu məhsulun müalicəvi əhəmiyyəti də var. Nehrə yağı günəş şüalarına qarşı əvəzolunmaz məlhəm hesab olunur.

Günümüzdə rahat şəkildə kərə yağı əldə etmək üçün digər metodlardan da istifadə edilməsi saxsıdan olan nehrədə hazırlanan yağı zaman keçdikcə tarixə çevirir.

Kənd sakini Əsmayə Əliyevanın sözlərinə görə, onlar dədə-babadan bu günə kimi həmişə nehrə yağından istifadə ediblər. Nehrədə yağ hazırlamaq isə onun ev işlərinə mane olmayıb. O, 100 qram yağ əldə etmək üçün 1 saatdan çox vaxt sərf etdiyini bildirir.

Yaşlı nəsil nehrə yağının digər vasitələrlə hazırlanan yağdan daha faydalı olduğunu düşünür və bu ənənənin insanların sağlamlığı üçün yaşadılmasının vacib olduğunu bildirirlər. Bəzi vətəndaşlar isə vaxta qənaət etmək üçün nehrə yağını paltaryuyan maşınlarda hazırlamağa üstünlük verirlər.

Bu gün kərə yağının bir kilaqramı bazarlarda 15-16 manat arası satılır.



Related Articles

+994 50 295 94 79
top