YARIM MİLYON ŞƏXSİN MÜAVİNƏTİ AVTOMATLAŞDIRILACAQ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“500 min şəxsin müavinətləri cari il ərzində avtomatlaşdırılacaq”. 

Bu barədə məlumatı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, il ərzində bu məqsədlə sürətləndirilmiş iş aparılacaq:

“Hədəfimiz 6-cı aydır, ancaq insan sayı çox olduğundan bir qədər gecikmələr ola bilər”. 

S.Babayev əlavə edib ki, vacib məqam bu gün sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır.

Related Articles

+994 50 295 94 79
top