Abıyev başı bəlada: MTN-də dindirilməsi, aprel qazisini şərləməsi…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Yerli İcra Hakimiyyətlərində bəzi məmurların adlarının qalmaqallı maliyyə cinayətlərinə qarışması prezidentin daxili siyasət kursuna tamamilə ziddir.

Cahan.info-nun xəbərinə görə, 
bu dəfə Daşkəsənin icra başçısı Əhəd Abıyev MTN işi ilə gündəmə gəlib. 

Bir neçə gün əvvəl Nərimanovun icra başçısı Abdin Fərzəliyevlə I müavini Şahmar İbadovun gözdən əlillər üçün tikilən mənzillərin satışı və 6, 5 milyonluq yeyintidə məhkəmədə adlarının keçirdi. 

Şöbə müdiri ifadəsində Ş.İbadovunun məsuliyyət daşıdığını açıqlamışdı, onun təzyiqi altında sənədlərə qol çəkdiyini bildirmişdi. Bundan sonra isə Ə.Abıyev MTN işi ilə bağlı prokurorluqda ifadə verib.

Görəsən, prezidentin siyasətinə qarşı fəaliyyət göstərən, imicləri bərbad olan bu məmurlar niyə vəzifələrdə saxlanır? Məgər Daşkəsənə cavan bir məmur təyin etmək olmazmı?

Əslində, Ə.Abıyevin vəzifədən azad olunmasına çox qalmayıb. Ölkədə aparılan kadr islahatları göz qabağındadır: Səlim Müslümovdan tutmuş Ziya Məmmədova, Əli Həsənovdan Razim Məmmədova qədər əksər nazir-məmurlar işdən çıxarılıblar. 

Eyni aqibəti Ə.Abıyevin gözlədiyi istisna deyil. Çünki hər həftə adı bir skandalda çəkilir. Təkcə MTN işi deyil, aprel qazisi ilə olan mənzil davası da yaddaşlardadır. 

Söhbət ondan gedir ki, həbsdə olan keçmiş MTN generallarına verilən ittihamlardan biri də Daşkəsən rayonu, Qabaqtəpə-Astav yolunda körpülərin tikintisi üçün dövlət büdcəsindən ayrılmış 2 milyonun 686 min manatının ələ keçirilməsilə bağlıdır. 

Musavat.com xəbər yayıb ki, Daşkəsənin icra başçısıƏhəd Abıyev də bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib, məhkəməyə çağrılıb.

Büdcədən ayrılan vəsait tikintini həyata keçirəcək “Design Construction” şirkətinin hesabına köçürüləndən sonra şirkətin əməkdaşı Natiq Fətəliyev pulu bankdan götürüb, icra hakimiyyətilə onların arasında vasitəçilik edən Yeganə Abbasovaya verib. 

Vasitəçilik edib, bu işi düzüb-qoşduğuna görə onun özünə də əlavə 2 min manat verib. Y.Abbasova da bankdan götürülmüş pulu bağlamada gətirib Daşkəsən Rayon İcra Hakimiyyətinin memarı Elman Məmmədova verib. 

Onlar ayrılandan az sonra MTN əməkdaşları E.Məmmədovu tutub MTN-ə aparıblar. Məsələdən xəbər tutan icra başçısı Əhəd Abıyev gecə saatlarında MTN-ə gəlib, öz əlaqələrindən istifadə edərək, işçisini buraxdırıb.

MTN vəzifəlilərindən polkovnik Füzuli Əliyev isə deyir ki,“obnaliçka” əməliyyatında icra hakimiyyəti tərəfdən iştirak edən memar Elman Məmmədov əvvəllər bir neçə dəfə saxta sənəd hazırlama və istifadə etmə, vəzifə saxtakarlığı, səlahiyyətlərdən sui-istifadə və özgənin uşağını dəyişdirmə maddələri ilə məhkum olunub: 

“Təsəvvür edin, başqasının uşağını dəyişdirməyə görə məsuliyyətə cəlb olunmuş belə bir adam gəlib məhkəmədə bizim üzümüzə durur. Şirkət guya Daşkəsən Rayon İcra Hakimiyyətilə müqavilə bağlayıb. 

Bizim işimizə Bakı Hərbi Məhkəməsində baxılanda, şirkətin rəsmi rəhbəri Mehman Quliyevi çağırıb dindirdilər. O, dedi ki, nə Daşkəsən, nə Yeganə, nə də Əhəd Abıyevi tanıyır”. 

Cahan.infoxəbər verir ki, Ə.Abıyev kimi onlarla belə məmurlar məhz mətbuatın gündəminə qanunsuzluq faktları ilə gəlməklə işlərini itiriblər. 

Dövlət başçısı həmişə bildirib ki, jurnalistlər ictimai nəzarəti gücləndirməlidir. Ölkə başçısı deyib ki, bəzən məmurların qanunsuz hərəkətləri haqda mətbuatdan məlumat alır.

Ə.Abıyev isə o icra başçılarındandır ki, elə ay olmur barəsində şikayətlər, faktlar üzə çıxmasın. Onun adı MTN işinə tutulan reket redaktor Habil Vəliyevlə qarışmışdı. 

Abıyev Zakir Fərəcovu eşitdiyini və ona görə Habili məhkəməyə vermədiyini bildirmişdi. İndisə körpü işi ilə bağlı saxtakarlıqlar üzə çıxır və Daşkəsən RİH başçısı dindirilir.

Onun sonuncu belə davası aprel döyüşlərində qolunu itirmiş qazimiz Arzu Məmmədovla olub. A.Məmmədov Əhəd Abıyevin ondan rüşvət aldığını, aldatdığını, sonra da təhdid etdiyini bildirib. 

Sual olunur, vətən yolunda qolunu itirmiş qazini ev vermək adıyla aldadıb pulunu mənimsəmiş bir icra başçısı Ermənistanla sərhəddə yerləşən Daşkəsəni necə qoruya bilər?!

Ə.Abıyev Qarabağ qazisini mənzil dələduzluğunda ittiham edir, özü villalara sahiblənir.

Hər bir kəs əvvəlcə özünə baxmalıdır, sonra qarşısındakını təqsirləndirməlidir. Amma bəzi məmurlarda bu xüsusiyyət olmadığı üçün başqalarını asanlıqla ittiham edirlər.

İllah da ittiham olunan qazidirsə, dəhşətə gəlməmək olmur. Ə.Abıyev bu qədər sərvətlərə yiyələndiyi halda vətən üçün canını verən və əlil olan adama ev dələduzu adını qoyur. 

Üstəlik, Daşkəsən Ağsaqqallar Şurası adından qazi A.Məmmədov əleyhinə mediaya müraciət yollanmışdı. Qarabağda hər birimizin, həmin ağsaqqalların, onların ailə üzvlərinin, Ə.Abıyevin təhlükəsizliyi uğrunda döyüşmüş, şikəst olmuş qazimizi dələduz, saxtakar, fırıldaqçı, pulgir çıxarmağa çalışıblar.

Onu da deyək ki, report-un əldə etdiyi məlumata görə, Abıyev Əhəd Mikayıl oğlu ifadəsində göstərib ki, 2014-cü ildə Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpülərin tikintisi üçün dövlət büdcəsindən 2.000.000 manat məbləğində pul vəsaiti ayrılıb. 

Həmin pul vəsaiti Nazirlər Kabinetinin qərarına əsasən Maliyyə Nazirliyinin əmri ilə ayrılıb. Bundan sonra, həmin tikinti işlərinin görülməsi üçün qanunun tələblərinə əsasən açıq tenderin keçirilməsi barədə 10.09.2014-cü il tarixdə 196 nömrəli “Respublika” qəzetində elan yerləşdirilib. 

Həmçinin rayon İH Başçısının müavini Cavanşir Qocayev, hüquq şöbəsinin müdiri İlhamə Bayramova, rayon memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov, həmin şöbənin aparıcı mütəxəssisi Elman Ələkbərov, rayon İH-nin baş mühasibi Kazım Abdullayev, maliyyə idarəsinin əməkdaşı Nürəddin Məmmədov, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin regional şöbəsinin baş məsləhətçisi Şamil Hüseynovdan ibarət tender komissiyası yaradılıb.“Eldar Mahmudov onun yanında daxili telefon vasitəsilə zəng edərək onunla hər hansı işlərinin olmaması barədə göstəriş verib. 

Bundan sonra Eldar Mahmudov onu yola salıb, lakin Elman Məmmədovdan götürülmüş 680.000 manat məbləğində pul vəsaitlərinin qaytarılması barədə hər hansı göstəriş verməyib. O, Eldar Mahmudovun otağından çıxarkən onu aşağıya yola salan şəxsdən həmin pulların qaytarılmasını tələb edib. 

Lakin həmin şəxs ona rədd cavabı verməklə ona və Elman Məmmədova böyük hörmətin olunduğunu, onlardan 1.000.000 manat məbləğində pulun alınmadığını və buna görə Elman Məmmədovdan götürülmüş pulların qaytarılmasının mümkün olmadığını deyib”.

Related Articles

+994 50 295 94 79
top