BEYNƏLXALQ BANKLA BAĞLI DAHA BİR QALMAQALLI İŞ – ALLAHVERDİYEV 15 MİLYONU NƏ EDİB?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Beynəlxalq Bankının 15 milyonunu mənimsəməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi mülki iddia qaldırıb.

Nümayəndə banka vurulan ziyanın 15 milyon manat olduğunu qeyd edib. O bildirib ki, pulun 3 milyon manatı ödənilib. Məhkəmə mülki iddianı icraata götürülüb.

İttihama görə, iş adamı Rauf Allahverdiyev bankın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin, sonradan krediti qaytara bilməyib.

Növbəti məhkəmə iclası yanvarın 11-nə təyin edilib.

Related Articles

+994 50 295 94 79
top