LERİKDƏ VƏZİFƏ QUDALARA VERİLİR: C.BAXŞİYEV KORRUPSİONER QUDASINI NECƏ RƏİS TƏYİN ETDİ?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev ətrafında baş verən hadisələr səngimək bilmir.

Bu barədə məlumat verən mənbə vurğulayır ki, C. Baxşiyevin adı yenidən gündəmə gəlməsində səbəb qudası ilə bağlıdır. Belə ki, bir zamanlar Lerik rayon DSMF-da müdür işləyən Vəligulla Alışov 1.000 000 manat korrupsiya faktı ilə işdən azad edilib. Barəsində isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılmışdır. Ölkə başçısının diqqəti nəticəsində bəzi korrupsioner məmurlar işdən azad edildi, bir qismi isə həbsə atıldı. İşini ehtiyatlı tutan V. Alışov qudasının ayaqlarına düşür və imdad diləyir. Bundan sonra Cəlil Baxşiyev qudasını müdafiə etmək məqsədi ilə yuxarı dairələrə minnətçi düşür. Bütün “səmərəli” xaişlərdən bəhrələnən Vəligüllah Alışov məsüliyyətdən yayınır. Lerik rayonunda söz sahibi olan C. Baxşiyev qudasını Lerik Telekommunikasiya Qovşağının rəisi təyin etdirir.

Bu azmış kimi heç bir ali təhsili olmayan gəlinini isə Lerik rayonunda yeni tikilən uşaq baxçasını hədiyyə edir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlət məmuru saxtakarlıqla vəzifə səlahiyyətlərini aşıb. Özünün isə restoranları və digər obiyektləri haqqında dəfələrlə tənqidi yazılar dərc edilməsinə baxmayaraq, C. Baxşiyev öz şəxsi maraqlarını üstün tutaraq nə mətbuatı, nə də dövlət başçısının iradlarını saya almır. Lakin yuxarıda qeyd etdiyimiz tutarlı faktlar aidiyyətli qurumları düşündürməlidir.

Maraqlısı budur ki, korrupsiya faktı ilə eks-nazir Səlim Müslimov tərəfindən qovulan və eyni zamanda barəsində cinayət işi açılan bir şəxsi necə rayonda dövlət müəssisəsinə rəhbər gətizdirilir? Axı, ali təhsili olmayan bir xanım uşaq baxçasını necə idarə edə bilər? Görünür, Lerik rayonunda söz sahibi olan C. Baxşiyevə gözün üstə qaşın var deyən hələki yoxdur. Bu saatlarda əməkdaşlarımız daxil olan məlumatla bağlı Lerik rayonuna ezam olundu. Növbəti yazılarımızda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevin bütün saxtakarlıqları və obiyektlərini sizlərə təqdim edəcəyik. Bizi izləməyi unutmayın…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

Related Articles

+994 50 295 94 79
top