YÜK MAŞINI İLƏ ƏR-ARVADI VURDU, QADIN ÖLDÜ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakıda avtomobil yolu keçən ər və arvadı vurub. 

Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, yanvarın 7-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillə yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub. Nəticədə X.İsmayılova hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xalqxeber.az

Related Articles

+994 50 295 94 79
top