Bəstəkarın fəaliyyəti qadağan edildi – Şok səbəb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İranlı bəstəkar Əli Qəmsərinin musiqi fəaliyyəti ilə məşğul olması qadağan edilib.
Kult.az xəbər verir ki, bu barədə musiqiçi özü məlumat yayıb.
Fəaliyyətinin qadağan edilməsinə səbəb konsert zamanı qadın ifaçı Halə Seyfizadənin mahnı ifa etməsi olub. O bu barədə hökmün şifahi şəkildə ona bildirildiyini, yaxın zamanda qərarın Mədəniyyət Nazirliyinin musiqi şöbəsinə də göndəriləcəyinə şübhə etmədiyini bildirib.
Qeyd edək ki, Əli Qəmsərinin Tehranın “Vəhdət” musiqi sarayında konserti zamanı qadın müğənni Halə Seyfizadə mahnı ifa etmişdi. Bu zaman salonun bütün səs sistemləri söndürülsə də, müğənnilər səs sistemi olmadan öz ifalarına davam etmişdilər.
Xatırladaq ki, İranda qadınların ifası hökumət tərəfindən qadağan edilib. Buna görə də dəfələrlə mədəni tədbirlər “qadın səsinin açıq-aşkar eşidilməsi” bəhanəsi ilə dayandırılıb.

Related Articles

+994 50 295 94 79
top