BNA Tarif Şurasına müraciət edəcək – Parkinq qiymətləri artırılır

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilən parkinqlərdə qiymətlərin artırılması günün əsas xəbərlərindən biridir. Sürücülər sosial şəbəkələrdə aylıq qiymətlərin 2 dəfə artırılmasına dair məlumat yaysa da, bu, BNA tərəfindən nə təkzib, nə təsdiq edilir. 

BakuPost-un əməkdaşı parkinqlərdəki qiymətlərlə maraqlanmaq üçün BNA-nın operatorları ilə əlaqə saxlayıb. Qurumdan da konkret cavab verilməyib. Amma bildirilib ki, qiymət artımı olacaq. 

“BNA-ya daxil olan parkinqlərdəki qiymət siyasəti dəyişəcək. Qurum qiymətlərin artırılması ilə bağlı yaxın vaxtlarda Tarif Şurasına müraciət edəcək”, – deyə bildirilib. 

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev də qiymət siyasətinə baxılacağını təsdiqləyib: “Hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda, Neftçilər prospekti-Hökumət evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacağında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

Bu istiqamətdə ciddi iş aparılmaqdadır. İşlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq”.

Related Articles

+994 50 295 94 79
top