Quba-Xaçmaz yolunda baş vermiş ağır qəzada 4 nəfər öldü – Biri ölkə çempionudur

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.
Yenilik.az report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.
Qeyd edək ki, qəzada ölənlər Qasımov Coşqun Kamil oğluAbasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib. Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.

Related Articles

+994 50 295 94 79
top