Qalmaqallı saytın rəhbəri həbs olundu

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Football Leaks” layihəsinin təsisçisi Rui Pintu həbs edilib. 
Qaynarinfo xəbər verir ki, o, Macarıstanın paytaxtı Budapeştdə saxlanılıb. Portuqaliyalı haker “Benfika”nın elektron sənədlərini oğurlamaqda ittiham edilir. Onun Portuqaliyaya ekstradisiya ediləcəyi bildirilir. Hakeri 10 il azadlıqdan mərhumetmə cəzası gözləyir.
Qeyd edək ki, “Football Leaks” saytı Budapeştdə 2015-ci ildə təsis edib. Bu sayt futbol sektorunda məxfi maliyyə sənədlərini dərc etməklə məşhurlaşıb. Həmin sənədlər arasında FIFA-da korrupsiya hallarının olması da əksini tapıb.

Related Articles

+994 50 295 94 79
top