Polisdən mitinqlə bağlı açıqlama: 2800 adam iştirak edib

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 19-da paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumatı
Azxeber.com  xəbər verir ki, Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Related Articles

+994 50 295 94 79
top