Əhməd Əhmədzadə sabiq deputatı 200 min dollar zərərə salıb: “Hər dəfə zarafata salıb deyir ki…”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“İndi də Əhməd Əhmədzadənin Avropadakı mal mülkü haqqında məlumatlar yayırlar. Mənim isə yadıma 15 il əvvəlki hadisələr düşür”.
Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, Əhməd Əhmədzadənin hikkəsi üzündən vaxtı ilə  200 min dollar zərərlə qarşılaşıb: 
“Hörmətli Əhməd müəllimin hikkəsi və təsiri səbəbindən mənə 2003-2004 cü illərdə 200 min dollardan çox ziyan dəyib. İnvestisiya qoyduğum “Meliorasiya və Su Təssərrüfatı” ASC-nin Əli-Bayramlı (indiki Şirvan) şəhərindəki zavodunu məhkəməyə versəm də, məhkəmə analoqu olmayan qərar verib. Qərara əsasən, qoyduğumuz vəsaitin 25 min manatı və avadanlıqların bir hissəsi geri qaytarılmalı idi. Ancaq o pulu da indiyə qədər ala bilməmişəm…”.
Sabiq deputat yazır ki, hətta deputat olan vaxtı bu barədə bir neçə dəfə Əhməd Əhmədzadəyə xatırlatma edib: “Lakin o, zarafata salıb deyirdi ki, “sən varlı adamsan, neyləyirsən o xırda pulu. Get, o direktordan al”. Direktor Muxtarov da and-aman edirdi ki, mənlik deyil, Əhməd müəllimlikdir”.
Sabiq deputat sonda belə sual edib: “Bu dünyada halallıqdamı yoxdur?”.
Mia.az

Related Articles

+994 50 295 94 79
top