Bakıda niyə göz-gözü görmür ? – Rəsmi açıqlama

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə edilir. 
AZXEBER.COM xəbər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova hadisə ilə bağlı sputnik.az-a açıqlamasında deyib ki, dumanın tədricən zəifləyəcəyi gözlənilir.
“Bu günlə yanaşı yanvarın 22-də də mövcud hava şəraiti, yəni duman müşahidə ediləcəyi istisna olunmur”, – deyə o bildirib.
“Gecə və səhər saatlaırnda hava temperaturu arasında fərqin olmaması inversiya qatının yaranmasına səbəb olub. Hazırda bununla əlaqədar olaraq paytaxtda duman müşahidə edilir” – G.Məmmədova əlavə edib.
Nazirlikdən verilən məlumatda mövcud hava şəraitinin toz qatı ilə əlaqəli olmadığı vurğulanıb.

Related Articles

+994 50 295 94 79
top