Bu dövlət qurumları qəzet buraxır – Oxuyan varmı?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İnternet resurslarının inkişafına qədər bütün rəsmi qurumların sahəvi qəzeti var idi. İnternet mediasının inkişafı və daha çox operativliyə üstünlük verilməsi səbəbindən bu cür rəsmi qəzetlərin bəzisi sıradan çıxdı. Lakin hələ də rəsmi saytı ilə yanaşı, qəzeti də fəaliyyət göstərən dövlət qurumları var.
Yenilik.azAxar.az-a istinadən dövlət qurumlarının buraxdığı qəzet və jurnalların siyahısını təqdim edir:
1. Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə”, “Polis”, “Əsgər” qəzetləri və “Asayişin keşiyində” jurnalı.
2. Dövlət Gömrük Komitəsinin “Gömrük xəbərləri” qəzeti.
3. Əmlak Məsələləri Dövlət Komitəsinin “Mülkiyyət” qəzeti, “Daşınmaz əmlak” jurnalı.
4. Səhiyyə Nazirliyinin “Tibb” qəzeti.
5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Cəmiyyət və Din” qəzeti və “Dövlət və Din” ictimai fikir toplusu.
6. Ədliyyə Nazirliyinin “Qanunçuluq”, “Cəmiyyət və cəza” jurnalı, həmçinin “Ədliyyə” qəzeti.
7. Kənd Təsərrüfatı Nazirliyinin “Kənd həyatı” və “Azərbaycan aqrar elmi” adlı iki mətbu nəşri.
8. Bakı Nəqliyyat Agentliyinin “BNA” adlı rəsmi qəzeti.
9. Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor TV” kanalı.
10. Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzeti.
Bundan başqa, nisbətən populyar olan Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” və Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzeti var.
Təbii, hazırda çap mediasına üstünlük verən başqa dövlət qurumları da var. Artıq bütün dünyanın çap mediasından imtina etdiyi bir məqamda ölkəmizdə qəzet və jurnallara bu qədər pulların ayrılması həm sözügedən qurumların büdcəsinə, həm də azad onlayn medianın inkişafına zərbə vurur. Belə ki, sözügedən dövlət qurumları çap mediasına sərf etdikləri vəsaitin kiçik bir hissəsini tirajlı, nüfuzlu və peşəkar qəzetlərə, saytlara ödəməklə öz fəaliyyətlərini işıqlandıra bilərlər. Belə olan halda həmin qurumlar həm müstəqil medianın inkişafına töhfə vermiş olarlar, üstəlik, fəaliyyətlərinin daha yüksək tirajlı portallarda yayımlanmasına şərait yaranar və əlavə çap xərclərinə də qənaət etmiş olarlar.
Təsadüfi deyil ki, artıq bəzi dövlət qurumlarında çap mediasının fəaliyyəti dayandırılıb. Vergilər Nazirliyi bu ildən özünün “Vergilər” qəzetinin fəaliyyətinə xitam verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Pensiyaçı” qəzeti isə artıq fəaliyyət göstərmir.
Müqayisə üçün bildirək ki, heç bir mətbu nəşri olmayan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi və Nazirlər Kabinetinin bütün materialları yüksək tirajlı nüfuzlu media qurumları tərəfindən vaxtaşırı olaraq tirajlanır.

Related Articles

+994 50 295 94 79
top