Çimməyən, 10 metrdən üfunət iyi verən TARİXİ ŞƏXSİYYƏTLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Dünya tarixində hər bir insan müəyyən xüsusiyyəti ilə yadda qalıb.

 “Ölkə.Az” xəbər verir ki, bu gün söhbət açacağımız 7 şəxs yuyunmurdular və dəhşətli üfunət iyi verirdilər. Amma bu, onlara tarixdə qalmağa mane olmayıb.

Lüdviq van Bethoven

Bəstəkar heç vaxt vanna qəbul etmirdi. Burnunu tutub ona sual dolu baxışlarla baxanlara isə cavab verirdi ki, trubaların hazırlandığı maddədən zəhərlənməkdən qorxur: “Mən paranoik deyiləm”.
Bethoven yatanda onun dostları evinə girir və paltarlarını yuyurdular.

Mao Tszedun

Maoizmin banisi heç vaxt yuyunmur və dişlərini təmizləmirdi. O, bunu pələnglərin heç vaxt yuyunmayıb dişlərini təmizləmədikləri ilə izah edirdi. Mao yaşlandıqdan sonra isə onun qulluqçuları rəhbərlərinin bədənini isti, nəm dəsmal ilə silirdilər.

Çalrz Hovard, Norflokun 11-ci hersoqu

Hersoq bir oturuma bir neçə steyk yeyir və bədənini heç vaxt su və sabunla yumurdu. Amma onun nökərləri hersoq çaxır içib möhkəm yatdıqdan sonra “Çirkli hersoq”u yuyurdular.

IV Henrix, Fransa kralı

Kral “Mən istəyirəm ki, bazar günləri hər bir təbəəmin masasının üstündə toyuq olsun” cümləsi ilə məşhurlaşıb. Henrix yuyunmaqdan qaçırdı və bu səbəbdən kraldan iy gəlirdi. Sarayda gəzən söhbətlərə əsasən, Mariya Mediçi, yəni onun nişanlısı kral ilə ilk dəfə görüşəndə qoxudan huşunu itirib.

II Böyük Fridrix, Prussiya kralı

Prussiya ərazilərini iki dəfə böyütdükdən sonra kral sevimli San-Susi qəsrinə çəkildi. Kralın itləri də ordudan geri çəkildi. Kralın əmri ilə bu itlər istədikləri yeri murdarlaya bilərdilər, nökərlərə isə o yeri təmizləmək qadağan edilmişdi. Tədqiqatçıların fikrinə əsasən, sarayın bəzi zallarında it nəcisinin hündürlüyü 20 sm-ə çatırdı. Kral dünyasını dəyişəndə onu soyunduran nökərləri köynəyin tərdən bədənə yapışdığını gördülər.

Hovard Hyuz

Aviasiyanın pioneri və eksentrik mişyarder gigiyena məsələsində ikili standart tətbiq edirdi. Bir tərəfdən Hyuz ona təqdim edilən bütün əşyaların bir neçə qat salfetə bükülməsini tələb edirdi və onun qulluqçuları tez-tez yuyunmalı idilər. Digər tərəfdən isə, Hovard sadəcə əllərini yuyur, saçına və dırnaqlarına aylarla dəymirdi.

Karl Marks

Marksizmin banisi təmizliyə fikir vermirdi. O, burjuaziya xəstəliyinə yoluxmamaq üçün təmizlikdən qaçırdı. Amma bir sıra dəri xəstəliklərinə tutuldu. Bununla yanaşı, Karl Marks vanna otağından qaçaq idi.



Related Articles

+994 50 295 94 79
top