AZƏRBAYCANDA 27 YAŞLI KİŞİ SÜNNƏT EDİLDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün rayon yerlərində valideynlər hələ də oğlan uşaqlarının sünnət edilməsi üçün dəllək axtarırlar. Hətta bəzən bu işi ailənin ağsaqqalına, başqa ixtisas sahibi olan həkimlərə də həvalə edirlər. Maraqlısı budur ki, həkimlər özü də bu məsələnin hansı üsulla gerçəkləşdirilməsində həmfikir deyillər.

Bir qrup həkimlər oğlan uşaqlarının dünyaya gəldikdən sonra bir neçə aylığında, hətta 40-ı çıxmamış sünnət olunmasını doğru hesab etdikləri halda, digər bir qrup isə tamamilə bunun əksini iddia edir. Onlar düşünür ki, sünnət üçün cinsiyyət orqanının müəyyən qədər inkişaf etməsi lazımdır.

Yenilik.az xəbər verir ki, Oxu.Az-a uşaq cərrahı Qədir Qədirov deyib ki, sünnət köhnə üsulla aparılmalıdır:

“Uşaqlarda sünnət məsələsinə xüsusi diqqət etmək lazımdır. Çünki çapıq toxuma normal toxuma kimi inkişaf eləmir. Məsləhətdir ki, bu proseduru ya bir yaşa qədər, ya da bir yaşdan sonra gerçəkləşdirsinlər.

Təəssüf ki, bu məsələyə diqqət edilmir. Ya uşaq doğulan zaman sünnət edilir, ya da çox gecikdirilib, məktəb yaşlarına qədər uzadılır. Mən öz praktikamda 27 yaşlı kişini sünnət etmişəm. Bu, doğru deyil. Amma bundan başqa, anadangəlmə anomaliyalar var ki, sidik kanalı aşağıda olur, bunlar istisna hal hesab edilir. Uşaqlara narahatlıq yaratsa da, onun erkən aylarda əməliyyat olunması məsləhət deyil.

Tibdə məsləhət görülür ki, 5-6 yaşdan tez müdaxilə olunmasın. Bu müddət ərzində cinsiyyət orqanı formalaşır və əməliyyatın nəticəsi uğurlu olur. Amma erkən yaşlarda əməliyyat olunan zaman sidik kanalı kiçilir və sidik ifrazı zamanı problem yaranır.

Lazer üsulu ilə damarların yandırılaraq sünnət edilməsi doğru deyil. O şüa azyaşlıların xayalarında gedən prosesi ləngidir. Bu isə gələcəkdə sonsuzluq riskini artırır. Sperm sayının azalmasına səbəb olur. O baxımdan, sünnət valideynlərin hesab etdiyi qədər də asan proses deyil. Onun səliqəli kəsilib, səliqəli tikilməsi məqsədəuyğundur”.“Mən, demək olar ki, toplu sünnət prosedurlarını yerinə yetirmişəm. Bir gündə 20-30 uşağı sünnət etmişəm. Mən qoruyucu “zajim” dediyimiz qurğu ilə əməliyyat edirəm. Sünnət steril şəraitdə saxlanılan və bir dəfə istifadəyə yararlı olan soyuq cərrahi bıçaqla aparılır. Bu zaman heç bir qorxusu olmur.

40 ildən çoxdur bu işi görürəm və bilirəm ki, lazer üsulu nə qədər risklidir. Bu gün edilən əməliyyat zamanı uşağa dəyən ziyan özünü 20 il sonra ağır xərçəng xəstəliyi ilə büruzə verə bilər. Odur ki valideynlər diqqətli olsunlar. Pul xətrinə uşaqların gələcəyi ilə oynamaq olmaz”.

Related Articles

+994 50 295 94 79
top