Nazirlik Sahil Babayevi ittiham edən deputatlara cavab verdi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Məlum olduğu kimi, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputatlar Musa Quliyev və Araz Əlizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına ittihamlar səsələndiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Məclis deputatlarının tənqidi fikirlərinə münasibət bildirib.
Nazirlikdən Mia.az-a daxil olan açıqlamada deyilir: “Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir. Mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda, həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir.
Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənmiş, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.
Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Bu prosesin vətəndaşın razılığı ilə videoçəkilişi də aparılır.
Proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir. Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər tutulur”.

Related Articles

+994 50 295 94 79
top