Sabiq nazirin qardaşına 12 il iş istənildi

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, Ə.Əhmədov iki nəfərdən – Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə dövlət ittihamçısı çıxış edərək Əvəz Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Rəşad Tahirov ona dəymiş zərərin ödənilməsini istəyib. Deyib ki, Əvəz Əhmədova ağır cəza verilməsini istəmir.

Digər zərərçəkmiş Hörmət Əsgərov isə şikayətinin və tələbinin olmadığını, Hörmət Əsgərovu bağışladığını deyib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

İttihama görə, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib. H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb. H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Related Articles

+994 50 295 94 79
top