Müğənni Abbas Bağırovun adı keçən məhkəmədə ilginc ittihamlar…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış müğənniyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində O.Mehrəliyevin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş Xətai Yusubov mülki iddia təqdim edib. Məhkəmə vəsatəti təmin edib.

İttihamda yazılır ki, Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhəri Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetrlik torpaq sahəsini ələ keçirib. O.Mirəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb.

İttihama görə, həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb. O, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Qeyd edək ki, bu işdə sensasion sayıla biləcək məlumatlar var. Məhkəmənin növbəti iclaslarında bu barədə məlumat dərc etməyə çalışacağıq. Təqsirləndirilən şəxs istintaqa Abbas Bağırovla bağlı ilginc məlumatlar verib.

Abbas Bağırov bu məhkəmə işi ilə bağlı musavat.com-a açıqlama verib. Bağırov deyib ki, ona dəymiş zərər ödənilib. Onun sözlərinə görə, təqsirləndirilən Mehrəliyev başqa şəxslərin təzyiqi ilə onun haqqında həqiqət olmayan məlumatlar verdiyini etiraf edib.

Related Articles

+994 50 295 94 79
top