Pul böhranı NASA-nı da vurdu, alimlər tualet təmizləyəcək

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xadimələrə vermək üçün pul tapılmır

ABŞ-da federal hökumətin fəaliyyətini dayandırması elm adamlarını da vurub. 34 günlük böhran NASA-ya sıçrayıb. NASA əməkdaşlarına Federal hökumətin bağlanması ilə bağlı maliyyə problemləri ilə üzləşdiklərini deyib. Bunun üçün də xadimələrə ödəmələr etmək mümkün deyil. Əməkdaşlardan təmizlik işlərində könüllü olmaları istənilib. 

“The Hill” qzəetinin məlumatına görə, müvafiq elan Texasın Hyuston şəhərindəki Cohnsons kosmik mərkəzinin ayaqyolundan asılıb.

NASA işçilərindən biri – Elizabet Blom isə bu elanı “Twitter” səhifəsindən paylaşıb. “Beynəlxalq Kosmik Stansiyanın fəaliyyəti üçün maaşsız çalışırdıq. İndi də təmizlik xidmətimiz yoxdur”. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikmək istəyir. Bunun üçün isə 5,7 milyard dollar vəsait lazımdır. Demokratlar isə buna icazə verməyəcəklərini açıqlayıblar. Maliyyə mübahisələrinə görə Federal hökuməyin büdcəsi Konqresdə təsdiqlənməyib.

İstipreSS

Related Articles

+994 50 295 94 79
top