Millət vəkilinin oğlunun cənazəsi çarter reysi ilə Bakıya gətirildi – DƏFN EDİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Millət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib

CAHAN.İNFO xəbər verir ki, E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və dünən günün ikinci yarısında təyyarə Bakıya enib. Ə.Qasımovun bədbəxt hadisə nəticəsində vəfat edən oğlu günün sonunda “Qurd Qapısı” məzarlığında dəfn edilib.

Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edib.

Related Articles

+994 50 295 94 79
top